satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Şəhərlər bir çox sahələrdə əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilirlər

Ceyhun Bayramov: Şəhərlər bir çox sahələrdə əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilirlər

Bu gün şəhərlər artıq yalnız insanların yaşadığı və işlədiyi məkanlar deyil.

NTV xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Getdikcə onlar diplomatiyanın, ticarətin, infrastrukturun, texnologiyanın, iqlim fəaliyyətinin və regional əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilirlər.

O bildirib ki, bu gün şəhərlər artıq yalnız insanların yaşadığı və işlədiyi məkanlar deyil:

"Dayanıqlı inkişafın gələcəyi böyük ölçüdə şəhərlərimizi yalnız fiziki baxımdan deyil, həm də iqtisadi, rəqəmsal, institusional və sosial cəhətdən nə dərəcədə uğurla birləşdirəcəyimizdən asılı olacaq. Təxminən iki il əvvəl, COP29-un ev sahibi kimi Azərbaycan urbanizasiyanı, o cümlədən şəhərləri qlobal iqlim gündəliyinin mərkəzinə yerləşdirdi. Biz qəbul etdik ki, şəhərlər qlobal emissiyalara əhəmiyyətli töhfə versələr də, eyni zamanda innovasiyanın, dayanıqlılığın və iqlim böhranına həll yollarının əsas hərəkətverici qüvvələridir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM