satellite   Azerspace-1: 11135 H 30000

UN-Habitat Azərbaycan və daha üç ölkə ilə birgə mənzil böhranının əsas məsələlərini müəyyənləşdirir

UN-Habitat Azərbaycan və daha üç ölkə ilə birgə mənzil böhranının əsas məsələlərini müəyyənləşdirir

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Keniya, Fransa, Azərbaycan və Somali ilə mənzil böhranı sahəsində prioritet istiqamətlərin müəyyənləşdirilməsi üzrə əməkdaşlıqda əhəmiyyətli irəliləyişə nail olub.

NTV-nin məlumatına görə, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən WUF13 çərçivəsində “Qlobal mənzil böhranı: plan nədir?” mövzusunda panel müzakirəsində deyib.

Rossbax bildirib ki, bu prioritetlərə torpaq idarəçiliyi, mənzil maliyyələşdirilməsi, qeyri-rəsmi yaşayış məntəqələri, sosial mənzil və iqlimə davamlı mənzil modelləri daxildir.

UN-Habitat rəhbəri qeyd edib ki, ölkələrin öz daxili resurslarını səfərbər etməsi və milli mənzil maliyyələşdirmə sistemlərini inkişaf etdirməsi xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, mənzil siyasətinin uğuru ilk növbədə yerli səviyyədə icmaların iştirakından və şəhərlərin gələcək inkişafının düzgün planlaşdırılmasından asılıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM