satellite   Azerspace-1: 11135 H 30000

Malayziya WUF13 çərçivəsində Bakıda davamlı şəhər inkişafı sahəsində təşəbbüslərini təqdim edib - FOTOLAR

Malayziya WUF13 çərçivəsində Bakıda davamlı şəhər inkişafı sahəsində təşəbbüslərini təqdim edib<font color=red> - FOTOLAR</font> Malayziya WUF13 çərçivəsində Bakıda davamlı şəhər inkişafı sahəsində təşəbbüslərini təqdim edib<font color=red> - FOTOLAR</font>

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) davamlı şəhər inkişafı, mənzil siyasəti və icmaların şəhərsalma proseslərinə cəlb olunması məsələlərinə həsr edilmiş Malayziya pavilyonu fəaliyyətə başlayıb.

NTV  xəbər verir ki, bu barədə Malayziyanın Mənzil Tikintisi və Yerli Özünüidarəetmə Nazirliyinin nümayəndəsi, Dayanıqlı Şəhərlər və İcmaların Rifahı üzrə Mükəmməllik Mərkəzinin baş icraçı direktoru Mardiana binti Mohd Salleh bildirib.

Onun sözlərinə görə, Malayziya pavilyonu forumda ölkənin milli ekspozisiyasının katibliyi funksiyasını yerinə yetirən “Urbanice Malaysia” agentliyi tərəfindən təşkil olunub.

“Bu gün Malayziya Beynəlxalq İslam Universitetinin, Əl-Əzhər Universitetinin, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələrinin iştirakı ilə ilk dialoq sessiyası keçirilib”, — deyə Mardiana binti Mohd Salleh qeyd edib.

Mardiana binti Mohd Salleh vurğulayıb ki, müzakirələr zamanı əsas diqqət müxtəlif icmaların mədəni və sosial xüsusiyyətlərinin mənzil siyasətinin həyata keçirilməsinə inteqrasiyası məsələlərinə yönəlib: “Nəzərdən keçiririk ki, icmaların ehtiyacları, onların mədəni xüsusiyyətləri və müxtəlif ölkələrin spesifikası mənzil planlaşdırılması və şəhər inkişafı prosesində necə nəzərə alına bilər”.

Bu gün pavilyonun proqramı çərçivəsində universitetlərin iştirakı ilə ikinci dialoq sessiyası və Malayziyanın Mənzil Tikintisi və Yerli Özünüidarəetmə naziri Nqa Kor Minqin iştirakı ilə Malayziya pavilyonunun rəsmi açılışı da nəzərdə tutulub.

“WUF13-ün BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında Bakıda keçirilməsi və davamlı urbanizasiya, gələcəyin şəhərlərinin inkişafı məsələlərinin müzakirəsi üçün hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, ekspertləri və akademik dairələri bir araya gətirməsi bizi sevindirir”, — deyə Mardiana binti Mohd Salleh əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM