satellite   Azerspace-1: 11135 H 30000

"UN-Habitat" Azərbaycanı tarixdə ən böyük WUF-un keçirilməsi münasibətilə təbrik edib

"UN-Habitat" Azərbaycanı tarixdə ən böyük WUF-un keçirilməsi münasibətilə təbrik edib

BMT-nin Məskunlaşma Proqramı ("UN-Habitat") Azərbaycan hökumətini 40 mindən çox iştirakçını bir araya gətirən tarixdə ən böyük Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi münasibətilə təbrik edib.

NTV-nin məlumatına görə, bunu jurnalistlərə Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, "UN-Habitat" Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq WUF13-ün kuluarlarında bildirib.

"UN-Habitat" adından Azərbaycan hökumətini 40 mindən çox iştirakçını bir araya gətirən tarixdə ən böyük Ümumdünya Şəhərsalma Forumunun uğurla keçirilməsi münasibətilə təbrik etmək mənim üçün böyük şərəf və məmnuniyyətdir. Lakin rəqəmlər əsas deyil. Nail olmağa çalışdığımız daha vacib məqsədlər əlçatanlıq, əlaqəlilik, dayanıqlılıq və layiqli icmaların yaradılmasıdır", - Nqa Kor Minq qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM