Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kimi genişmiqyaslı platforma yaratdığına görə Azərbaycana təşəkkür edib.
NTV xəbər verir ki, bu barədə Nqa Kor Minq Bakıda WUF13-ün açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
"Mən əminəm ki, WUF kimi platformalar əvəzolunmaz olaraq qalır, çünki onlar hökumətlərə və maraqlı tərəflərə bir-birindən öyrənməyə və müxtəlif milli və yerli kontekstlərə uyğunlaşdırıla bilən praktiki həllər tapmağa imkan verir", - o bəyan edib.
Nqa Kor Minq həmçinin bu səviyyədə genişmiqyaslı forumun təşkil edilməsinə görə Azərbaycana minnətdarlığını ifadə edib.
"Bu baxımdan UN-Habitat adından Azərbaycana belə genişmiqyaslı platformanın yaradılmasına görə minnətdarlığımı ifadə etmək istərdim", - nazir vurğulayıb.
