satellite   Azerspace-1: 11135 H 30000

Anar Quliyev: Azərbaycanda dağıdılmış şəhər və kəndlərin müasir urbanizasiya prinsiplərinə uyğun qurulması yeni şəhər inkişaf modelinin yaradılmasıdır

Anar Quliyev: Azərbaycanda dağıdılmış şəhər və kəndlərin müasir urbanizasiya prinsiplərinə uyğun qurulması yeni şəhər inkişaf modelinin yaradılmasıdır

Azərbaycanda azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri dayanıqlılıq, “ağıllı şəhər” yanaşması, "yaşıl inkişaf" insan ləyaqəti prinsiplərinə əsaslanır.

NTV xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Anar Quliyev bildirib ki, Azərbaycanda dağıdılmış şəhər və kəndlər müasir urbanizasiya prinsiplərinə uyğun şəkildə yenidən qurulur.

“Bu, sadəcə bərpa prosesi deyil, yeni şəhər inkişaf modelinin yaradılmasıdır. WUF13 Azərbaycana öz təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşmək, eyni zamanda digər ölkələrin yanaşmalarından faydalanmaq imkanı yaradır. Forum iştirakçı sayı baxımından da böyük maraq doğurur. Mayın 17-dək tədbirdə iştirak üçün 182 ölkədən 42 min 367 nəfər qeydiyyatdan keçib. Forumun ilk günü – mayın 17-də isə iştirakçı sayı 21 min 108 nəfər olub”, - deyə Anar Quliyev vurğulayıb.

Anar Quliyev əlavə edib ki, forum çərçivəsində təşkil olunan Urban Expo beynəlxalq qurumlar, hökumətlər, bələdiyyələr, akademik dairələr, innovatorlar və özəl sektor nümayəndələrini bir araya gətirir: “Urban Expo-nun ümumi sahəsi təxminən 35 min kvadratmetrdir və bunun yarısı sərgi məkanından ibarətdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM