satellite   Azerspace-1: 11135 H 30000

Mixail Qusman: "Qarabağda aparılan bərpa işləri dünya üçün nümunədir"

Mixail Qusman: "Qarabağda aparılan bərpa işləri dünya üçün nümunədir"

Qarabağda aparılan bərpa işləri dünya üçün nümunədir.

NTV  xəbər verir ki, bunu rusiyalı jurnalist Mixail Qusman Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi şəhərsalma və yenidənqurma layihələri beynəlxalq səviyyədə böyük maraq doğurur.

"Vətən müharibəsində qələbədən sonra Azərbaycanın qarşısında həmin ərazilərin bərpası və insanların layiqli şəraitdə yaşamasının təmin olunması kimi mühüm vəzifələr dayanır. Bu istiqamətdə Prezident İlham Əliyevin apardığı işlərə xüsusi diqqət yetirilir. Prezident mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, görülən işlərlə maraqlanır və müvafiq tapşırıqlar verir. Bakıda belə mühüm beynəlxalq forumun keçirilməsi Azərbaycanın dünya ictimaiyyətində yüksək nüfuza malik olduğunu göstərir", - deyə qonaq qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM