"İqlim haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb.
NTV xəbər verir ki, bu barədə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının iclasında bildirilib.
İclasda "İqlim haqqında" Azərbaycan Respublikasının Qanunu, Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi və "Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası" layihələrinin təkmilləşdirilməsi məqsədilə Qurumlararası İşçi Qrupunun yaradılması barədə qərarlar qəbul edilib.
