Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb - VİDEO

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM) sistemi və döyüş mövqeyinə baxış keçirilib.

Bu barədə NUHÇIXAN-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Xocalı rayonunda aşkar olunan hərbi obyektdən istismara yararlı "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1С32" raketlərin hədəfə yönləndirmə stansiyası, bir neçə "2П24" buraxıcı qurğusu və üzərində "3М8" idarəolunan zenit-raketləri ərazidən müsadirə edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM