Ceyhun Bayramov: Sərhədin bir hissəsində dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb

Ceyhun Bayramov: Sərhədin bir hissəsində dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası çərçivəsində müvafiq əraziləri birgə minalardan təmizləyib və coğrafi koordinatları dəqiqləşdirib.

NUHÇIXAN “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, sərhədin Qazax rayonu hissəsində dirəklərin quraşdırılması demək olar ki, başa çatıb.

O, həmçinin xatırladıb ki, Berlin görüşündən sonra tərəflər sülh sazişi layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM