MN: “EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşüb - VİDEO

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.

“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM