Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başladılan və 44 gün ərzində davam edən Vətən müharibəsi ordumuzun tam qələbəsi ilə başa çatıb. Vətən müharibəsindən sonra 2020-ci ilin noyabrın 11-də Türkiyə Respublikası və Rusiya Federasiyası arasında imzalanmış memoranduma əsasən Azərbaycan ərazisində üç ildən artıq fəaliyyət göstərən birgə monitorinq mərkəzində türkiyəli və rusiyalı hərbi qulluqçuların eyni zamanda Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə birgə sıx əməkdaşlıq nəticəsində regionda sülhün və əmin-amanlığın bərqərar olmasına böyük töhfələr verilib.

NUHÇIXAN xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov jurnalistlərə müsahibəsində deyib.

A.Eyvazov, həmçinin bildirib: "Ötən ilin sentyabrında başladılan və qısa müddətdə başa çatan antiterror əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan ərazisini tam olaraq tərk etdi. Bununla da Azərbaycan Qarabağ iqtisadi rayonu ərazisində tam nəzarəti bərqərar etdi. Eyni zamanda, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin də missiyası başa çatmış hesab edildi. Monitorinq mərkəzində fəaliyyət göstərən hərbi qulluqçular sülhün, əmin-amanlığın təmin edilməsi üçün yüksək səviyyədə səylərini göstərdilər və prosesə böyük töhfələr verdilər. Bundan əlavə, Azərbaycan Respublikası və Rusiya Federasiyasının rəhbərləri Azərbaycan ərazisində müvəqqəti fəaliyyət göstərən Rusiya Federasiyasının sülhməramlı kontingentinin də ölkəmizi vaxtından əvvəl tərk etməsinə qərar verdilər. Hazırda sülhməramlı kontingentinin şəxsi heyətinin silah və sursatının, eyni zamanda, döyüş texnikasının ölkəmizin ərazisindən çıxarılması üçün zəruri olan texniki və logistik dəstək göstərilir. Hazırda həmin fəaliyyət davam edir".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM