Qriqoryan: Bir neçə ay ərzində sərhədin delimitasiyası üzrə layihənin metodologiyası təsdiq oluna bilər

Qriqoryan: Bir neçə ay ərzində sərhədin delimitasiyası üzrə layihənin metodologiyası təsdiq oluna bilər

Çox güman ki, iki-üç ay ərzində Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə layihənin metodologiyası komissiyalar tərəfindən istifadə olunacaq.

NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan parlamentdə keçirilən hökumət saatında deyib.

"Birinci mərhələdə biz iş prosedurunu müzakirə etdik və təsdiqlədik, burada təmaslarımızın nəticələrinin yekunlaşdırılması və təşkili üsulunu təsvir etdik. Bu barədə iki ölkənin hökumətləri ilə razılaşdıq", - o bildirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM