Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib - FOTOLAR

Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font> Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font> Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib<font color=red> - FOTOLAR</font>

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Sloveniyanın paytaxtı Lyublyana şəhərində maarifləndirmə aksiyası keçirilib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə şəhərin mərkəzi küçələrində yerləşən 18 rəqəmsal LED ekranda 24 saat ərzində “Xocalını unutmayaq” posteri nümayiş olunub.

Assosiasiyadan bildirilib ki, Xocalı soyqırımının 32-ci ildönümünü ilə əlaqədar rəqəmsal LED ekranlarda QR kodlu posterlər yerləşdirməkdə əsas məqsəd yerli ictimaiyyətin diqqətini erməni vəhşiliyinə çəkmək olub.

Qeyd edək ki, maarifləndirmə aksiyası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avstriyada və Sloveniyadakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM