Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.