satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvana səfər edib - FOTOLAR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvana səfər edib<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvana səfər edib<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvana səfər edib<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvana səfər edib<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvana səfər edib<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvana səfər edib<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvana səfər edib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsin nəzdində böyrək və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icra olunmasına icazə verilməsi və transplantasiyanı ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısına əlavə edilməsi məsələlərinin araşdırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 may 2025-ci il tarixli sərəncamına əsasən nazirliyin müvafiq struktur bölmələrinin rəhbər və mütəxəssislərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına ezam olunublar.

Səhiyyə Nazirliyinin nümayəndə heyəti tərəfindən Naxçıvan Sağlamlıq Mərkəzi-nin maddi-texniki bazası, kadr potensialı, laboratoriya və əməliyyat bloku şəraiti yerində qiymətləndirilib. Eyni zamanda, beynəlxalq tələblərə uyğun olaraq transplantasiya əməliyyatlarının həyata keçirilməsi üçün lazım olan infrastruktur və hüquqi prosedurlar müzakirə olunub.

Səfər zamanı nümayəndə heyəti tərəfindən mövzu ilə bağlı ilk yerində araşdırmalar aparılıb, "Naxçıvan Sağlamlıq Mərkəzi"-nin infrastruktur imkanları, tibbi heyət və avadanlıq təminatı üzrə məlumatlar toplanıb. Transplantasiya əməliyyatlarının təşkili üçün tələb olunan şərtlər və müvafiq standartlara uyğunluq səviyyəsi qiymətləndirilib.

Eyni zamanda, bu səfər Naxçıvan Muxtar Respublikasında transplantasiya əməliyyatlarının gələcəkdə icra olunması üçün mühüm bir addım olaraq qiymətləndirilib. Növbəti mərhələdə, mərkəzin təklif olunan şərtlərlə uyğunluğu nəzərə alınaraq, lazımi icazələrin verilməsi prosesi davam etdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM