satellite   Azerspace-1: 11135 H 30000

İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır

İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır

İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır.

NTV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellaya İtaliya Respublikasının yaranmasının 80-ci ildönümü münasibətilə ünvanladığı məktubda deyilir.

"Şadam ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, çoxölçülü strateji tərəfdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Biz İtaliya ilə münasibətlərimizin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk", - təbrikdə deyilir.

Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin mövcud potensialının tam şəkildə reallaşdırılması, sərmayə, müdafiə, humanitar, o cümlədən yeni istiqamətlər üzrə əməkdaşlığın şaxələndirilməsi qarşıda duran əsas məsələlərdəndir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM