Elçin Məmmədov Daxili Qoşunların Hərbi İnstitutunun rektoru təyin edilib - SƏRƏNCAM

Elçin Məmmədov Daxili Qoşunların Hərbi İnstitutunun rektoru təyin edilib<font color='red'> - SƏRƏNCAM</font>

Prezident İlham Əliyev iyunun 11-də Elçin Məmmədovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Elçin Əli oğlu Məmmədov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM