“Tor 4: Sevgi və ildırım” filminin kadrarxası görüntüləri yayımlanıb - VİDEO

“Marvel” kinostudiyası “Tor 4: Sevgi və ildırım” filminin pərəstişkarları üçün çəkilişlərin kadrarxası görüntülərini təqdim edib. Çəkiliş setindən ibarət kadrarxası görüntülərin yer aldığı videoçarxda aktyorların əyləncəli anları yer alıb.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, rejissor Tayki Vaytitinin “Tor 4: Sevgi və ildırım” filminin kütləvi nümayişə iyulun 6-da buraxılacağı açıqlanıb.

Yeni film komiks personajı Torun qalaktika mühafizəçiləri ilə birlikdə kosmos səyahətinə çıxdıqdan sonrakı həyatından bəhs edir.

Qeyd edək ki, filmdə rollarda Kris Hemsvort, Kristian Beyl, Rassel Krou, Karen Gillan, Lyuk Hemsvort, Kris Pratt, Natali Portman və başqa aktyorlar çəkilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM