Kəngərli rayonunda “Teleskop” tamaşası təqdim edilib - FOTOLAR

Kəngərli rayonunda “Teleskop” tamaşası təqdim edilib<font color=red> - FOTOLAR</font> Kəngərli rayonunda “Teleskop” tamaşası təqdim edilib<font color=red> - FOTOLAR</font> Kəngərli rayonunda “Teleskop” tamaşası təqdim edilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli Rayon Mədəniyyət Sarayında xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” pyesi səhnələşdirilib.

Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi tərəfindən səhnələşdirilən tamaşa ideya və səhnə həlli baxımından rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” tragikomediyası insanların daxili aləmindəki ziddiyyətləri real olanla qeyri-real olanın müstəvisində təqdim edir. Tamaşada insanın ölümü və bundan sonra baş verənlər səhnələşdirilib. İstedadlı aktyorlar tamaşa boyu gərgin, psixoloji məqamlarda sevinc və məyusluq, yaşamaq, yoxsa ölmək sualının cavabını axtarır, ən önəmlisi isə sonda bunu tamaşaçıların ixtiyarına buraxırlar.

 

Şəfa Səfərova

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM