satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub - FOTOLAR

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub<font color=red> - FOTOLAR</font>

Yunanıstanın Saloniki şəhərində yerləşən Plaza Aretsusda keçirilən 25-ci ənənəvi “Food for Good” Beynəlxalq Qida Festivalında Azərbaycan da təmsil olunub.

NTV  xəbər verir ki, festivalda Azərbaycanı “Qala” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyəti təmsil edib.

Tədbir xeyriyyə məqsədi daşıyıb və festival çərçivəsində əldə olunan bütün vəsait Yunanıstanın Filiro bölgəsində yerləşən uşaq evinə ianə olunub. Bu baxımdan festival müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirməklə yanaşı, sosial həmrəyliyin təşviqinə də xidmət edib.

“Qala” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri ziyarətçilərə Azərbaycan milli mətbəxinin nümunələrini təqdim ediblər. Festivalın iştirakçıları plov, dolma, qutab, paxlava və digər milli təamlarla yanaşı, Azərbaycan çayını da dadmaq imkanı əldə ediblər.

Cəmiyyətin nümayəndələrinin sözlərinə görə, tədbirdə iştirakın əsas məqsədi Azərbaycan mətbəxini, milli ənənələri və ölkənin zəngin mədəni irsini beynəlxalq auditoriyaya tanıtmaq, müxtəlif xalqlar arasında mədəni dialoqu gücləndirmək olub.

Qeyd edək ki, Salonikidə hər il keçirilən “Food for Good” Beynəlxalq Qida Festivalı regionun ən böyük multikultural tədbirlərindən biri hesab olunur. Festivalda dünyanın 40-dan çox ölkəsinin milli mətbəxi təqdim edilir və tədbir hər il 3000-dən artıq ziyarətçini cəlb edir.

Azərbaycan guşəsi festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Ziyarətçilər milli mətbəximizin müxtəlif nümunələri ilə tanış olmaqla yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti və turizm potensialı haqqında da məlumat əldə ediblər.

Tədbir Azərbaycanın Yunanıstanda mədəni diplomatiyasının və xalq diplomatiyasının təşviqi baxımından mühüm platforma kimi qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM