Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinə və Zeynəddin Kənd Uşaq Musiqi Məktəbinə direktor təyin olunub

Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinə və Zeynəddin Kənd Uşaq Musiqi Məktəbinə direktor təyin olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov bununla bağlı əmr imzalayıb. İmzalanan əmrlərə əsasən, Nazirliyin sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələrinə işə qəbulla bağlı müsahibə komissiyasının yekun protokolu və ərizəsi nəzərə alınaraq Məmmədova İntizar Rəsul qızı Zeynəddin Kənd Uşaq Musiqi Məktəbinin, Musayev Nihad Əli oğlu isə Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsinə təyin edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM