KOBİA-da könüllü fəaliyyətinə cəlb edilən gənclərin sayı açıqlanıb

KOBİA-da könüllü fəaliyyətinə cəlb edilən gənclərin sayı açıqlanıb

2023-cü ildə 150-yə yaxın gənc, indiyədək isə 630-dan çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) NUHÇIXAN-a bildirilib ki, könüllü fəaliyyəti, həmçinin Agentlikdə işlə təmin olunmaq üçün də imkan yaradır. Könüllülük müddətində öz aktivliyi, təşəbbüskarlığı ilə seçilən 14 könüllü KOBİA-da işlə təmin edilib.

“KOB könüllüləri” proqramı gənclərə, xüsusilə də idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alanlara müvafiq sahədə bilik və bacarıqlarını, dünyagörüşünü artırmağa, ilkin əmək vərdişlərinə yiyələnmələrinə dəstək olur. “KOB könüllüləri” KOBİA-nın inzibati binasında, Agentliyin Bakı şəhəri və regionlarda fəaliyyət göstərən KOB dostu ofislərində, KOB evlərində gündəlik iş prosesində yaxından iştirak edirlər. 3 ay davam edən könüllü fəaliyyətini uğurla başa vuran gənclərə KOBİA tərəfindən sertifikatlar verilir ki, bu da onların iş həyatına uğurlu keçidinə fürsət yaradır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM