Naxçıvanda 11 ayda 2 500-dən çox yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb

Naxçıvanda 11 ayda 2 500-dən çox yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 554 ədəd yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb.

NUHÇIXAN xəbər verir ki, bunu yerli Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, 11 ay ərzində belə aparatlarla qeydə alınan dövriyyə 175,7 milyon manatdan çox olub.

“Hesabat dövründə ƏDV ödəyicilərinin sayı 518-ə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 % çoxdur. Qeydiyyatdan keçmiş POS-terminalların sayı 1 038-ə bərabər olub ki, bu da 1 il əvvələ nisbətən 28 % çoxdur. Yanvar-oktyabr aylarında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 652,2 min manatdan çox, təkcə oktyabr ayında isə 98,9 min manat ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə oktyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,7 dəfə artıb", - deyə xidmət rəisi əlavə edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM