Naxçıvan duzu: yeni şaxta və müəssisələr qurulur - VİDEO

Hesablamalara görə, Naxçıvanda 3 duz yatağında 200 milyon tona yaxın duz ehtiyatı var. Hazırda muxtar respublikada duz sadəcə 5 nömrəli mədəndə çıxarılır. Mədənin günlük istehsal gücü 50-60 tona, illik isə 22 min tona yaxındır. Hazırda Naxçıvan duzu sifariş əsasında və tələbata uyğun olaraq istehsal olunur.

Bu gün dünyada baş verən proseslər Naxçıvanın ixrac məhsullarına, o cümlədən Naxçıvan duzuna da tələbatı artırıb. Zəngəzur dəhlizinin açılması isə bu təbii sərvətimizin ixrac və istehsalını daha da artıracaq, xarici bazarlara çıxış imkanı genişlənəcək.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyası əməkdaşlarının bu barədə hazırladıqları reportajı təqdim edir:

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM