“Bitcoin”in qiyməti yenidən 63 min dolları keçib.
NTV xəbər verir ki, hazırda dünyanın əsas kriptovalyutasının qiyməti 63 min dollar civarındadır.
Ekspertlərin fikrincə, ABŞ-də inflyasiya səviyyəsi ilə bağlı məlumatlar gözləniləndən yüksək olduğundan “Bitcoin”in sabit qiyməti ehtiyatlılığa səbəb olur.
Qiymət hazırda əsas qısa və orta müddətli hərəkətli ortalamaların üzərindədir, lakin uzunmüddətli ortalamaların təzyiqi altında qalır. Çünki geosiyasi riskin artması kripto investorlarını riskli aktivlərə yönəlməyi azaltmağa vadar edir. Qlobal bazarlar isə daha da qeyri-sabitləşib və rekord sayda “Bitcoin” satışları riskdən çıxış mühitini gücləndirib, institusional satışları və dəyişkənliyi artırıb. Hazırda 60 min dollar “Bitcoin” üçün psixoloji hədd hesab olunur.
Xatırladaq ki, ötən həftə ABŞ-nin İrana qarşı hərbi hücumları “Bitcoin”in satışını artırıb və nəticədə qiymət 2 faiz azalaraq 61 min dollara düşüb. “Bitcoin”in qiyməti 2025-ci il ərzində isə 6 faizdən çox ucuzlaşıb.
