satellite   Azerspace-1: 11135 H 30000

BTC ilə 5 ayda Qazaxıstan neftinin tranziti təxminən 600 min ton təşkil edib

BTC ilə 5 ayda Qazaxıstan neftinin tranziti təxminən 600 min ton təşkil edib

Bu ilin yanvar-may aylarında Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində Qazaxıstanın aşırılan neftinin həcmi 596 min ton təşkil edib.

Bu barədə NTV  "KazTransOil"in aylıq məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, may ayında Aktau limanı vasitəsilə BTC neft kəməri istiqamətində 125 min ton Qazaxıstan nefti yüklənib ki, bu da ötən ilin may ayı ilə müqayisədə 20 min ton və ya 13,8 % azdır.

Daha əvvəl ölkənin energetika naziri Yerlan Akkenjenov bildirmişdi ki, Qazaxıstan 2026-cı ildə BTC boru kəməri vasitəsilə dünya bazarlarına 1,5 milyon tondan 2,2 milyon tona qədər neft ixrac etməyi planlaşdırır.

Xatırladaq ki, 2025-ci ildə Qazaxıstan BTC neft kəməri ilə 1,2 milyon ton neft ixrac edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qəbələdə zəlzələ olub

15:51 12.06.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM