satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Astanada Mərkəzi Asiyanın beş ölkəsi və ABŞ nümayəndələrinin iştirakı ilə nadir metallar üzrə C5+1 Dialoqunun iclası keçirilir.

NTV-nin “Kazinform” agentliyinə istinadla xəbər verir ki, tədbiri açan Qazaxıstan Respublikasının sənaye və tikinti naziri Yersaiyn Naqapayev qeyd edib ki, vacib minerallar qlobal texnoloji keçidin və yeni sənaye arxitekturasının təməlinə çevrilir.

Onun sözlərinə görə, Mərkəzi Asiya regionu əhəmiyyətli mineral ehtiyatları bazasına, artan sənaye potensialına və dünyanın ən böyük bazarları arasında strateji coğrafi mövqeyə malikdir. Qazaxıstan nadir minerallar sektoruna sənaye siyasəti və uzunmüddətli iqtisadi inkişaf üçün prioritet məsələ kimi baxır.

“Ölkənin resurs bazası 9500-dən çox yataqdan ibarətdir, o cümlədən onların 100-dən çoxu nadir torpaq metallarını ehtiva edir. Biz Amerika şirkətlərini onların kəşfiyyatı və istehsalında fəal iştirak etməyə dəvət edirik”, -deyə Naqapayev bildirib.

O, Qazaxıstanın təkcə xammal ixracında deyil, həm də birgə müəssisələrin inkişafında, texnologiya transferində, ixtisaslı kadrların hazırlanmasında və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM