satellite   Azerspace-1: 11135 H 30000

Abdulkadir Uraloğlu: Türkiyə Zəngəzur dəhlizinin açılması məsələsində iradə nümayiş etdirir

Abdulkadir Uraloğlu: Türkiyə Zəngəzur dəhlizinin açılması məsələsində iradə nümayiş etdirir

Türkiyə açılması Türk dünyasına daha qısa yol təqdim edəcək Zəngəzur dəhlizinə sadiqliyini nümayiş etdirir.

NTV xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

O qeyd edib ki, Zəngəzur dəhlizinin 224 kilometrlik dəmir yolu hissəsi Türkiyədə tikilir, daha 180 kilometri isə Azərbaycanda modernləşdirilir və ya inşa edilir.

“Dəhlizin Azərbaycan hissəsində işlər başa çatmaq üzrədir. Biz, həmçinin Ermənistandan keçən 40 kilometrlik hissənin tikintisini də izləyirik. Bu xətt istifadəyə verildikdən sonra biz daha qısa marşrutla Mərkəzi Asiya ilə birləşəcəyik”, - deyə nazir mövcud Bakı-Tbilisi-Qars dəmir yolunun mövcudluğunu da xatırladaraq bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM