satellite   Azerspace-1: 11135 H 30000

BP və SOCAR vahid seysmik məlumat bazası yaradır

BP və SOCAR vahid seysmik məlumat bazası yaradır

BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunda toplanmış bütün dəniz seysmik məlumatlarının vahid həcmdə birləşdirilməsi üzrə layihə həyata keçirir.

NTV xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezident Dən Sparks Bakı Enerji həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, layihənin məqsədi Xəzərdəki mövcud məlumat boşluqlarını müəyyən etmək və gələcək kəşfiyyat işlərinin səmərəliliyini artırmaqdır: "BP və SOCAR hazırda Azərbaycanın Xəzər sektorunda mövcud olan bütün dəniz seysmik məlumatlarını bir böyük məlumat bazasında birləşdirmək üzərində işləyir. Bu, gələcək kəşfiyyat işləri üçün mühüm əsas yaradacaq. Xəzər hövzəsi karbohidrogen ehtiyatlarının sıxlığı baxımından hətta Meksika körfəzini də üstələyir. Buna baxmayaraq, bölgədə hələ də kifayət qədər öyrənilməmiş ərazilər və seysmik məlumat boşluqları mövcuddur. Yeni ehtiyatların aşkarlanması üçün əlavə seysmik məlumatların toplanması və mövcud məlumatların inteqrasiyası əsas rol oynayacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM