satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan qızıl ixracından gəlirini 37 %-dən çox artırıb

Azərbaycan qızıl ixracından gəlirini 37 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 131,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

NTV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın may sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 % çoxdur.

Təkcə apreldə isə Azərbaycan 35,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 18,9% çoxdur.

Ötən 4 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 13 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM