"AFB Bank" ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 4,108 milyon manat dividend ödəyib.
NTV bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 45,75 % azdır.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova, 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.
