satellite   Azerspace-1: 11135 H 30000

Anaklaudia Rossbax: Yerli və beynəlxalq maliyyə olmadan heç bir ölkə torpaq böhranından çıxa bilməz

Anaklaudia Rossbax: Yerli və beynəlxalq maliyyə olmadan heç bir ölkə torpaq böhranından çıxa bilməz

Hazırda qlobal məsələlərdən biri getdikcə bahalaşan torpaq qiymətləridir. Bu, mənzil tikintisi üçün səmərəli torpaq siyasəti tələb edir.

NTV xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş" mövzusunda paneldə deyib.

O, bildirib ki, yerli və beynəlxalq maliyyə olmadan heç bir ölkə torpaq böhranından çıxa bilməz: “Yerli maliyyə sayəsində 100 milyon insanı yoxsulluqdan çıxara bilən Çin və ABŞ kimi nümunələr var. Ölkədə şəhər infrastrukturu yaratmaq lazımdır. Evlər, mənzillər çox bahalıdır. Bütün dünyada vəziyyət eynidir. Belə olan halda dövlətlər hansısa güzəştlər, subsidiyalar tətbiq etməlidir. Əməkhaqları aşağı olan ölkələrdə subsidiyalar daha çox lazımdır. Çünki həmin əməkhaqqı ilə mənzil almaq mümkün deyil".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM