satellite   Azerspace-1: 11135 H 30000

Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletləri bir ay əvvəl daha sərfəli qiyməyə almaq mümkün olacaq

Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletləri bir ay əvvəl daha sərfəli qiyməyə almaq mümkün olacaq

Bakı-Tbilisi marşrutu üzrə ümumi hərəkət müddəti təxminən 9 saat 30 dəqiqədir. Bunun təxminən 1 saatı Azərbaycan və 1 saatı Gürcüstan sərhədində gömrük və sərhəd yoxlamalarına sərf olunur.

Bu sözləri NTV-yə açıqlamasında Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev söyləyib.

O qeyd edib ki, ilkin reyslər 6 vaqondan ibarət olacaq. Bunlardan biri restoran vaqonudur. Digər vaqonlar isə “Komfort", “Komfort+” və "Lüks" siniflərə aiddir. Qatarın ümumi sərnişin tutumu 118 nəfərlikdir.

İlk reys mayın 25-də Bakıdan yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Eyni zamanda, Tbilisidən hər gün saat 21:00-da hərəkət edən qatar Bakı şəhərinə saat 06:24-də çatacaq.

“Qatarda dinamik qiymət siyasəti tətbiq olunur. Bu sistemə əsasən, sərnişinlər biletləri 25-30 gün əvvəl aldıqda daha sərfəli qiymətlərdən yararlana bilirlər. Bu yanaşma həm sərnişinlərin planlaşdırmasını asanlaşdırır, həm də daşınma planlamasını daha effektiv edir”, - deyə B. Hacıyev vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM