satellite   Azerspace-1: 11135 H 30000

Səbinə Hacıyeva: Tarixi irsin mühafizəsi ilə müasir inkişafın ahəngdar şəkildə uzlaşdırılması vacibdir

Səbinə Hacıyeva: Tarixi irsin mühafizəsi ilə müasir inkişafın ahəngdar şəkildə uzlaşdırılması vacibdir

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə insanların yaşayışı üçün müasir şəraitin yaradılması istiqamətində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Yeni kənd və yaşayış məntəqələri salınır, infrastruktur müasir standartlara uyğun şəkildə qurulur.

NTV xəbər verir ki, bu sözləri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi” mövzusunda keçirilən panel sessiya zamanı deyib.

O diqqətə çatdırıb ki, bu prosesdə yerli əhalinin ehtiyacları əsas götürülür və onların yeni mühitə uyğunlaşması nəzərə alınır. “Məqsəd odur ki, həyata keçirilən dəyişikliklər cəmiyyət tərəfindən qəbul edilsin və sosial uyğunluq təmin olunsun. Əsas yanaşma balansın qorunmasıdır —tarixi irsin mühafizəsi ilə müasir inkişafın ahəngdar şəkildə uzlaşdırılması vacibdir”,- deyə Səbinə Hacıyeva əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM