satellite   Azerspace-1: 11135 H 30000

Edqar Piters: Tikinti şirkətlərinə qarşı ciddi sanksiyalar tətbiq etmədən iqlimə dayanıqlı mənzillərin əlçatanlığı mümkün deyil

Edqar Piters: Tikinti şirkətlərinə qarşı ciddi sanksiyalar tətbiq etmədən iqlimə dayanıqlı mənzillərin əlçatanlığı mümkün deyil

Alternativ tikinti materiallarının tətbiqi bir sıra hallarda cəmiyyət tərəfindən ehtiyatla qarşılanır.

NTV xəbər verir ki, bunu Keyptaun Universiteti nəzdində fəaliyyət göstərən Afrika Şəhərlər Mərkəzinin təsisçi direktoru Edqar Piters Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tikinti şirkətlərinə qarşı ciddi sanksiyalar tətbiq etmədən iqlimə dayanıqlı mənzillərin əlçatanlığı mümkün deyil.

“Cənubi Afrikanın Keyptaun şəhərində aparılan araşdırmalar zamanı davamlı tikinti materialı kimi istifadə olunan ağac konstruksiyalara münasibətdə bəzi sakinlər skeptik yanaşır. Prosesdə maraqlı olan bütün iştirakçılar əlçatan, iqlimə uyğunlaşdırılmış və enerji səmərəli mənzillərin inşasına ehtiyac olduğunu dərk edirlər, lakin qiymət baxımından əlçatanlığın təmin edilməsi vəzifəsi ilə yeni tikinti normalarına keçid arasında demək olar ki, qarşısıalınmaz ziddiyyət mövcuddur”, - deyə Edqar Piters əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM