satellite   Azerspace-1: 11135 H 30000

Ştefan Prisner: Dayanıqlı şəhər inkişafı üçün geniş əməkdaşlıq imkanları mövcuddur

Ştefan Prisner: Dayanıqlı şəhər inkişafı üçün geniş əməkdaşlıq imkanları mövcuddur

Çox sayda fərdi və institusional maraqlı tərəflərin mövcudluğu, eləcə də digər təhrifedici amillər planlaşdırmanın inteqrasiyasını çətinləşdirir.

NTV xəbər verir ki, bu sözləri BMT-nin Hindistandakı rezident əlaqələndiricisi Ştefan Prisner Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf (TOD) və Şəhərlərin Yaşıl Transformasiyası” mövzusundakı sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, bir çox şəhərlər daha yüksəkmərtəbəli tikililəri və tranzityönümlü inkişafı tətbiq edir, lakin bu, hər zaman vətəndaşların inklüzivlik və dayanıqlılıq baxımından gözlədiyi keyfiyyətdə inkişafı təmin etmir.

“Biz bilirik ki, dayanıqlı şəhərlərin inkişafını dəstəkləmək üçün təkcə BMT sistemi üçün deyil, həm də Hindistandakı bir çox digər aktorlar üçün geniş əməkdaşlıq imkanları mövcuddur. BMT-nin şəhər inkişafı ilə bağlı bir çox proqramları var – təkcə UN-Habitat deyil, digər agentliklər tərəfindən də həyata keçirilir”,- deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM