satellite   Azerspace-1: 11135 H 30000

Gülşən Rzayeva: Şəhərlər elə layihələndirilməlidir ki, əhali infrastrukturdan rahat istifadə imkanına malik olsun

Gülşən Rzayeva: Şəhərlər elə layihələndirilməlidir ki, əhali infrastrukturdan rahat istifadə imkanına malik olsun

İctimai şəhər məkanlarının planlı şəkildə qurulması və urbanizasiya prosesinin düzgün idarə olunması xüsusi əhəmiyyət daşıyır.

NTV xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində “Azərbaycanda ağıllı və davamlı şəhər layihələrinin təqdim edilməsi” adlı tədbirdə çıxışı zamanı deyib.

G.Rzayeva bildirib ki, WUF yalnız siyasət müzakirələri və ya təqdimat platforması deyil, həm də müxtəlif tərəfdaşları bir araya gətirən mühüm əməkdaşlıq məkanıdır.

“WUF13 çərçivəsində ötən gün 335 əlilliyi olan şəxs forum məkanına rahat şəkildə daxil ola bilib. Şəhərlər elə layihələndirilməlidir ki, əhali infrastrukturdan rahat və bərabər şəkildə istifadə imkanına malik olsun”, - deyə Gülşən Rzayeva qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM