satellite   Azerspace-1: 11135 H 30000

Nazir müavini: Təbiətəsaslı həllər şəhərsalma siyasətinin ayrılmaz hissəsinə çevrilməlidir

Nazir müavini: Təbiətəsaslı həllər şəhərsalma siyasətinin ayrılmaz hissəsinə çevrilməlidir

Bu gün şəhərlər iqlim dəyişikliklərinin ön cəbhəsindədir. Dünya əhalisinin təxminən 58 faizi şəhərlərdə yaşayır və urban ərazilər getdikcə daha çox istilik dalğaları, daşqınlar, su qıtlığı və digər iqlim riskləri ilə üzləşir.

NTV xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda sessiyada çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə səsləndirib.

O bildirib ki, təbiət artan təzyiq altındadır.

“Buna görə təbiət əsaslı həllər mənzil siyasətinin və şəhərsalma layihələrinin ayrılmaz hissəsinə çevrilməlidir. Şəhərlərin inkişafı ilə təbiətin qorunması arasında aydın balans saxlanmalıdır. Təbiətəsaslı həllər şəhərsalmanın bütün mərhələlərinə – baş planlaşdırmadan və zonalaşdırmadan başlayaraq tikinti və uzunmüddətli idarəetməyədək inteqrasiya edilməlidir. İqlimə davamlı və dayanıqlı şəhər modellərinin formalaşdırılması həm ətraf mühitin qorunmasına, həm də insanların həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir”, – deyə nazirin birinci müavini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM