satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda daha 35 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda daha 35 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 35 nəqliyyat vasitəsi satılıb.

NTV  bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, rəqabətli keçən hərracda start qiyməti 2 500 manat olan "KAMAZ 43101" markalı yük avtomobili 28 000 manata, 13 500 manat olan "Mercedes Benz 516" markalı mikroavtobus isə 45 000 manata özəlləşdirilib.

Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Növbəti hərrac 26 mayda keçiriləcək. Hərracda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM