satellite   Azerspace-1: 11135 H 30000

WUF13-də Sarayevonun iqlim dəyişmələri ilə mübarizə təcrübəsi müzakirə olunub

WUF13-də Sarayevonun iqlim dəyişmələri ilə mübarizə təcrübəsi müzakirə olunub

Şəhərsalmada digər amillər qədər dialoq mədəniyyətinin də çox önəmi var.

NTV xəbər verir ki, bunu Sarayevo şəhərində Layihə Meneceri Derviş Hacımuhamedoviç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhər Transformasiyası Təcrübədə: Təhlükəsiz və Davamlı İcmalar üçün Şəhər Təcrübələri" mövzusunda yüksəksəviyyəli dialoqda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Sarayevo şəhəri iqlim dəyişmələri səbəbindən üzləşdiyi problemlərlə məhz dialoq mədəniyyətindən istifadə edərək mübarizə aparır:

"Burada söhbət saysız konfransların təşkilindən getmir. Məsələ dayanıqlı və təhlükəsiz şəhərlərin qurulması üçün nəticəyönümlü qərarların alınmasıdır. Sarayevoda ötən il bir çox konfranslar baş tutub və sənədlər qəbul olunub".

D.Hacımuhamedoviç çıxışında həmçinin suların çirklənməsi məsələsinə də toxunub:

"Aparılan müzakirələrdə suları unutmamalıyıq. Dünyada dənizlərin səviyyəsinin aşağı enməsi, içməli su mənbələrinin azalması, eləcə də çirklənməsi ciddi çağırışlar ortaya qoyur. Sarayevo da bu problemlərlə üz-üzə qalıb. Bu problemlərin həlli üçün müəyyən addımlar atmağı hədəfləmişik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM