satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan neft məhsullarının ixracından qazancını 3 dəfədən çox artırıb

Azərbaycan neft məhsullarının ixracından qazancını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 298 min 524,62 ton həcmində neft məhsulları ixrac edib.

NTV-nin Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 244 milyon 417,46 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 86,13 %, dəyəri isə 3,4 dəfə çoxdur.

Hesabat aylarında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 2,06 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM