May ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 55 min 424 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NTV-yə bildirilib ki, 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,5 faiz, hüquqi şəxslərin sayı isə 4,7 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artaraq 1863 vahid təşkil edib. 2026-cı ildə kommersiya qurumlarının 89,1 faizi elektron, 10,9 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.
