satellite   Azerspace-1: 11135 H 30000

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106,3 milyon barel olacaq

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106,3 milyon barel olacaq

OPEC cari il və gələn il üzrə qlobal neft tələbatına dair artım proqnozlarını dəyişdirməyib.

NTV  OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 milyon 200 min barel artaraq gündəlik 106 milyon 330 min barelə çatacağı gözlənilir. Qeyri-OECD ölkələrində tələbatın 1 milyon 60 min barel artaraq sutkalıq 60 milyon 270 min barel, OECD ölkələrində isə 130 min barel artaraq gündəlik 46 milyon 60 barel olacaq.

2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 1 milyon 540 min barel artaraq sutkada 107 milyon 870 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM