satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan iki Latın Amerikası ölkəsinə sürtkü yağları ixrac etməyə başlayıb

Azərbaycan iki Latın Amerikası ölkəsinə sürtkü yağları ixrac etməyə başlayıb

Ötən il Azərbaycan 40,6 milyon ABŞ dolları dəyərində 30 min 252 ton sürtkü yağları ixrac edib.

NTV-nin Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 41 % azdır.

Hesabat dövründə Azərbaycan İraqa 5,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 23 % az) 3 min 869 ton (-28 %), Ukraynaya 5,1 milyon ABŞ dolları dəyərində (-57 %) 4 min 209 ton (-62 %), Bolqarıstana 4,1 milyon ABŞ dolları dəyərində (-55 %) 3 min 946 ton (-55 %), Türkiyəyə 2,5 milyon ABŞ dolları dəyərində (-26 %) 2 min 285 ton (-24 %), Estoniyaya 2,45 milyon ABŞ dolları dəyərində (+dəfə) 1 min 690 ton (+dəfə) məhsul satıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Panama (68 min ABŞ dolları dəyərində 45 ton) və Venesuelaya (182 min ABŞ dolları dəyərində 189 ton) tədarük həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM