satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan MR-də dəmir yollarının layihələndirilmə və tikinti işləri Ordubad istiqamətindən başlanılıb

Naxçıvan MR-də dəmir yollarının layihələndirilmə və tikinti işləri Ordubad istiqamətindən başlanılıb

Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması istiqamətində işlər davam etdirilir.

NTV xəbər verir ki, bununla bağlı Azərbaycan Dəmir Yolları (ADY) videomaterial yayımlayıb.

Videomaterialda bildirilib ki, ötən ilin sonlarından etibarən başlanan layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir. Hazırda həmin istiqamətlərdə yol yatağının bərpası, rels və şpal xətlərinin yenilənməsi, eləcə də zəruri infrastrukturun qurulması istiqamətində işlər aparılır.

Qeyd olunub ki, yenidən qurulan dəmir yolu xətti Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində TRIPP marşrutuna qoşularaq Zəngəzur dəhlizi ilə başlayan yeni regional nəqliyyat bağlantısının bir hissəsini təşkil edəcək.

Layihənin icrasının Naxçıvanın nəqliyyat-logistika imkanlarının genişlənməsinə, yük və sərnişin daşımalarının həcminin artmasına, eləcə də regionun tranzit potensialının gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM