satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin Mərkəzi Bankında ölkənin bank rəhbərləri ilə görüş keçiriləcək

Türkiyənin Mərkəzi Bankında ölkənin bank rəhbərləri ilə görüş keçiriləcək

Türkiyənin Mərkəzi Bankında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi fonunda bazar günü ölkənin bank rəhbərləri ilə görüş keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Sözcü” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, iclasda İmamoğlunun saxlanılmasından sonra kəskin ucuzlaşmağa başlayan türk lirəsinin sabitləşməsi ilə bağlı tədbirlərin müzakirəsi planlaşdırılır.

“Habertürk” telekanalının məlumatına görə, Türkiyə Mərkəzi Bankı lirəni dəstəkləmək üçün üç gündə 26 milyard dollar satıb.

Qeyd edək ki, İstanbul Cinayət Məhkəməsi İmamoğlu barəsində korrupsiya ittihamı ilə həbs qətimkan tədbiri seçib. Merlə yanaşı, şəhər meriyasının yüksək vəzifəli məmurları da daxil olmaqla 48 nəfər həbs olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM