Azərbaycanın 4 iqtisadi rayonunda filiz və qeyri-filiz yataqlarının kəşfiyyatı aparılacaq

Azərbaycanın 4 iqtisadi rayonunda filiz və qeyri-filiz yataqlarının kəşfiyyatı aparılacaq

Azərbaycanın 4 iqtisadi rayonunun ərazisində filiz və qeyri-filiz yataqlarının və təzahürlərinin aşkarlanması işləri aparılacaq.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi hazırlıqlara başlayıb.

Məlumata görə, bu rayonlar Şərqi Zəngəzur, Qarabağ, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonlarıdır. Bu rayonların ərazilərində həmçinin hiperspektral və məsafədən zondlama üsulları ilə geofiziki və geokimyəvi anomaliyalar da xəritələnəcək.İşlərin aparılmasına 4,37 milyon manat xərclənəcəyi gözlənilir.

Nəticələrinin mövcud geoloji və proqnoz metallogenik xəritələrə inteqrasiya edilərək geoloji şəraitin hibrit xəritəsi tərtib ediləcək.

Bundan başqa, tədqiqat sahələrin poliqonları kataloqu yaradılacaq və kataloqda tədqiq edilən sahənin poliqonlarının koordinatları, poliqonların sahələri, ölçüləri, xarakterik dəyişmələri, geoloji əsasları qeyd ediləcək. Eləcə də, tədqiq olunan poliqonlara əsasən növbəli kəşfiyyat əraziləri təyin ediləcək.

Xəbər lenti
Unudulmayan qəhrəmanlar…

15:59 24.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM