Samir Şərifov: İlk dörd ayda illik inflyasiya aşağı olmaqda davam edir

Samir Şərifov: İlk dörd ayda illik inflyasiya aşağı olmaqda davam edir

Azərbaycan Prezidentinin uğurlu siyasəti sayəsində qlobal geosiyasi çağırışlara rəğmən ötən il Azərbaycanda makroiqtisadi sabitlik və fiskal dayanıqlıq əldə edilib.

NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, Azərbaycan hökuməti tərəfindən atılan addımlar sayəsində ötən il orta illik inflyasiya birrəqəmli həddə düşüb.

“Uğurlu antiinflyasiya tədbirləri cari ildə də davam etməkdədir. İlk dörd ayda illik inflyasiya aşağı olmaqda davam edir. Ötən il Azərbaycanda ÜDM-in artımı qeydə alınıb və bu artımın hamısı qeyri-neft sektorunun hesabına olub”, - deyə nazir əlavə edib.

Xəbər lenti
Qurtuluşdan zəfərə

12:08 15.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM