Hesablama Palatası: Ötən ilin büdcə xərcləri əvvəlki ilə nisbətən artıb

Hesablama Palatası: Ötən ilin büdcə xərcləri əvvəlki ilə nisbətən artıb

Ötən il dövlət büdcəsinin xərcləri əvvəlki ilə nisbətən artıb.

NUHÇIXAN xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Hesablama Palatasının sədri bildirib ki, bu artım əsasən, sosial yönlü xərclərin, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, eləcə də ölkənin müdafiə potensialının gücləndirilməsi məqsədi ilə müdafiə, milli təhlükəsizlik sahəsinə yönəlmiş vəsaitlərin artımı ilə əlaqəli olub.

Xəbər lenti
Qurtuluşdan zəfərə

12:08 15.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM